Xəzər Xəbər

Şəhid ailələrinə VACİB XƏBƏR: Bu tarixdən etibarən VİDEO

Veb TV | 20:54 • 13 Sentyabr 2018
Şəhid ailələrinə VACİB XƏBƏR: Bu tarixdən etibarən

Gələn aydan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq.

Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Şəhid ailələrinin yaxınları sayta daxil olaraq, orda şəhidin ad, soyad və ata adını yazmaqla birdəfəlik ödəmənin düşüb düşmədiyini öyrənə biləcəklər. Bundan sonra tələb olunan sənədləri hazırlayacaqlar.

Məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq. Ödəmələr nağdsız şəkildə birdəfəlik veriləcək.

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları ödəmələrin verilməsi prosesinin tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.

Xəbər lenti