Xəzər Xəbər

Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var VİDEO

Veb TV | 20:41 • 13 Sentyabr 2018
Şamaxıda ağır qəza: ölən və xəsarət alanlar var

Şamaxıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub. 2 maşının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Yevlaxda isə yolda avtomobilin vurduğu piyada digər avtomobilin altına düşüb. İkinci maşın onu bir neçə metr sürüyüb. Həmin şəxs hadisə yerində ölüb.

Şamaxı-Pirqulu avtomobil yolunun 4-cü kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Rayonun Səfalı kənd sakini Bahadurİmaməliyevin idarə etdiyiavtomobil, Şamaxı şəhər sakiniİlham Niyazovun idarə etdiyiavtomobillə toqquşub. Sürücülərdən biriİlham Niyazov hadisə yerində ölüb. Digər sürücü Bahadur İmaməliyev isə müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Yevlaxda da qəza olub. İki minik maşını yolu keçən piyadanı vuraraq öldürüb. Hadisə gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Yolu keçmək istəyən piyada avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan 26 yaşlı Xəqani Cəfərovu yolda hərəkətdə olan başqa bir maşın da vurub. Hətta onu bir neçə metr sürüyüb. O, yerindəcə dünyasın dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti