Xəzər Xəbər

Bakıda taksi sürücülərinə qarşı dələduzluq VİDEO

Veb TV | 20:50 • 13 Sentyabr 2018
Bakıda taksi sürücülərinə qarşı dələduzluq

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edilib. Bir nəfər özünü müştəri kimi qələmə verərək bir neçə taksi sürücüsünü aldadaraq onların pulunu mənimsəyib.

Müştəri taksi sürücüsünə qarşı fırıldaqlıq edərək onun pulunu mənimsəyib.

Hadisə şəhər sakini Mustafa Qədimovun başına gəlib. Sürücünün sözlərinə görə, ötən gün paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yol kənarında duran bir nəfər onun idarə etdiyi avtomobili saxlatdırıb. Təxminən 40-45 yaşlı həmin şəxs sürücü Mustafa Qədimova onu müxtəlif ərazilərə aparacağını bildirərək avtomobilə əyləşib.

Həmin vaxt müştəri kimi özünü qələmə verən şəxs sürücü Əkirəmə özünü Mustafa Qədimovun qohumu kimi təqdim edib. Deyilən ünvana çatanda həmin şəxs sürücüdən 100 manat alıb ki, qayıdanda verəcək.

Mustafa Qədimov deyir ki, həmin şəxs avtomobilə əyləşdiyi yerdə və Nərimanov rayonunda düşərək, Əkirəm adlı şəxsin avtomobilinə mindiyi ərazilərdə təhlükəsiz şəhər kameraları var. Yəqin ki, həmin şəxs o kemaralara düşüb.

Hadisə ilə əlaqədar sürücü Mustafa Qədimov ərazi üzrə 18-ci polis şöbəsinə mürəciət edəcəyini deyir.

Xəbər lenti