Xəzər Xəbər

Azərbaycanda “DOST” mərkəzləri yaradılır VİDEO

Veb TV | 20:54 • 10 Avqust 2018
Azərbaycanda “DOST” mərkəzləri yaradılır

ASAN Xidmətdən sonra vətəndaşlara sosial xidmətlərin göstərilməsi üçün yeni agentlik yaradılır. Qısaca adı DOST olan yeni mərkəzlər vətəndaşların əsl dostu olmaq üçün fəaliyyət göstərəcək. Sosial sahədə olan bir sıra problemlərə vətəndaşlar, bu mərkəzlərdə bir binanın içərisində çözüm tapa biləcəklər.

Azərbaycanda sosial müdafiə sahəsində böyük dəyişikləri özündə ehtiva edən Dost Mərkəzlərin yaradılmasına başlanır. Dayanıqlı və Operativ Sosial Təminat Mərkəzlərinin yaradılması dövlət başçısının sərəncamına əsasən həyata keçirilir.

Azərbaycanda ən həssas əhali təbəqəsi ilə işləyən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində bu mərkəzlərin yaradılması ilə inqilabi dəyişiklilərin olacağı gözlənilir. Belə ki, uzun illər bir sıra sosial təminat sahələrində insan faktoruna görə yaranan problemlər indi tamamilə elektronlaşdırılaraq vətəndaşların xidmətinə veriləcək. DOST mərkəzləri publik hüquqi şəxsin təsisi məhz bu mərama xidmət edir.

"DOST" Mərkəzlərinin yaradılması dövlət xidmətlərinin geniş bir spektrinin - əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta kimi xidmətlər sisteminin "bir pəncərə"dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına hesablanıb.

Ən böyük əhali kütləsi ilə çalışan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə təkcə il ərzində 8 məlyon elektron müraciət, 1 məlyondan çox məktub və 160 min telefon zəngi daxil olur. Nazirliyin nəznində yaradılacaq DOST mərkəzlərin bu müraciətlərə daha effektli reaksiya vermək imkanı da yaradır.

Nazirliyin bir sıra xidmətləri bir mərkəzdə bir pəncərədən operativ şəkildə, vahid standartlar əsasında təqdim olunacağına görə vətəndaşların bir neçə idarə gəzərək vaxt itirməsinə də ehtiyac qalmayacaq.

Onu da qeyd edək ki, müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də, ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Yəni burda insan faktoru tamamilə sıfıra endiriləcək. Onu da deyd edək ki, yeni agentlik üçün prezidentin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə iki milyon manat ayrılıb.

Xəbər lenti