Xəzər Xəbər

Gədəbəydə avtomobil aşdı: sürücü öldü VİDEO

Veb TV | 19:55 • 10 Avqust 2018
Gədəbəydə avtomobil aşdı: sürücü öldü

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Saratovka kəndi ərazisində, Qaraməmmədli kənd sakini, 1958-ci il təvəllüdlü Mazahir Quliyev idarə etdiyi "VAZ-2121" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti