Xəzər Xəbər

“ASAN xidmət”in yeni “Çağrı” mərkəzinin açılışı olub VİDEO

Veb TV | 20:49 • 10 Avqust 2018
“ASAN xidmət”in yeni “Çağrı” mərkəzinin açılışı olub

Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar Üzrə Dövlət Agentliyinin "çağrı" mərkəzinin yeni inzibati ofisinin açılışı olub.Agentliyinin sədriÜlvi Mehdiyev mətbuat nümayəndələrini mərkəzin inzibati binası ilə tanış edib və ətraflı məlumat verib. Bildirib ki, bundan sonra heç bir vətəndaşın zəngi itirilməyəcək, heç bir vətəndaş cavab üçün çox gözləməli olmayacaq.

Bundan sonra "Asan xidmət"-ə daxil olan müraciətlər daha tez və operativ cavablandırılacaq.

BunuAzərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Çağrı" mərkəzinin yeni inzibati ofisinin açılışı zamanı Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Xidmət zallarında ümumi olaraq 100 əməkdaşın fəaliyyəti nəzərdə tutulub. Mərkəzdə işə dövlət qulluğuna imtahanla keçən şəxlər götürüləcək.

Qeyd edək ki, hazırda 108 "Çağrı" mərkəzi vasitəsilə müraciətlər həftənin bazar ertəsi-cümə günləri saat 10:00-dan 19:00-dək, şənbə günü 10:00-dan 14:00-dək qəbul olunur. Eyni zamanda, bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir. Respublikanın istənilən regionundan stasionar telefonlardan "108" nömrəsini yığmaqla "Çağrı" mərkəzinin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

Xəbər lenti