Xəzər Xəbər

Güclü külək Bakıda bir sıra fəsadlar törətdi VİDEO

Veb TV | 20:16 • 10 Avqust 2018
Güclü külək Bakıda bir sıra fəsadlar törətdi

Ötən gündən əsən güclü külək bakıda bir sıra ağacların aşmasına səbəb olub. Bu gün səhər saatlarından küləyin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Aidiyyatı quqrumlar isə vətəndaşları diqqətli olmağa çağırıb. Paytaxtda elə ağacalar var ki, güclü küləkdə onların aşma ehtimalı böyükdür. Buna görə də vətəndaşlar gəzdikləri və avtomobil saxladıqları yerlərə diqqət etməlidirlər.

Ötən gündən əsən güclü küləkpaytaxtın bəzi ərazilərində ağacların qırılaraq yollara və avtomobillərin üzərinə aşmasına səbəb olub.Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı birliyinin əməkdaşları tərəfindən aşmış ağacların yollardan götürülməsi prosesinə başlanılıb.

Yaşıllaşdırma Təsərrüfatı birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə bu havalarda vətəndaşlar xüsusi ilə diqqətli olmalıdır. Çünki külək güclü olduğundan hətta sağlam ağaclar da aşa bilər. Xüsusən də Qovaq, Söyüd kimi enli yarpaqlı ağacalrın aşma ehtimalı çoxdur. Küləkli havada ən təhlükəli ağac isə qovaq ağacı hesab olunur ki, bu ağaclarda Bakıda ümumi yaşıllığın 50 % dən çoxunu təşkil etdiyindən onların tam kəsilməsi mümkün deyil.

Ümumiyyətlə vətəndaşlara küləki günlərdə həm piyada hərəkət edərkən, həm də avtomobil park edərkən diqqəti olmaq tövsiyyə edilir.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə bu gün və sabah paytatxt ərazisində hava küləkli oalcaq. Avqustun 12-də etibarən isə qərb küləyi, şimal-şərq küləyi ilə əvəz olunacaq və nisbətən küləyin intensivliyi azalacaq.

Xəbər lenti