Xəzər Xəbər

“Moody's": Gələn il Azərbaycanda iqtisadi artım templəri sürətlənəcək - VİDEO

Veb TV | 20:54 • 9 Avqust 2018
“Moody's":

Ölkə iqtisadiyyatında 2019-cu ildə daha sürətli artım tempinə malik olacaq. Bütün sahələrdə, xüsusilə qeyri-neft sektorunda həyata keçirilən islahatlar iqtisadiyyatın dayanıqlığına gətirib çıxarıb. Dünyanın nə nüfuzlu reytinq agentliyinin hesabatında bu məsələyə xüsusi yer verilib

Azərbaycan iqtisadiyyatında cari ilin sonuna qədər və qarşıdakı ildə artım templəri davam edəcək. Bu məsələ dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan "Moody’s”un hesabatında öz əksini tapıb.

İqtisadçı ekspert Vüqar Bayarmovun sözlərinə görə bu proqnoz tam iqtisadi təhlillərə uyğun hazırlanıb. Çünki "Moody’s” agentliyi dövlət və özəl qurumlarla əməkdaşlıq edib və onların iqtisadi göstəricilərinə əsaslanıb. Hesabatda göstərilir ki, əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı.

Hesabata əsasən iqtisadiyyatda artım templəri təkcə neftin qiymətinin yüksək olması ilə bağlı deyil. Bu məqamda qeyri neft məhsullarının ixracı da önəmli rol oynayır.

İqtisadçının sözlərinə görə, qeyri neft məhsullarının ixracının artması isə bir hökumətin son illər bu sahədə həyata keçirdiyi dərin islahatlarla bağlıdır.

Xəbər lenti