Xəzər Xəbər

Salyanda 21 yaşlı gənc çayda boğuldu VİDEO

Veb TV | 17:09 • 9 Avqust 2018
Salyanda 21 yaşlı gənc çayda boğuldu
Salyan rayon sakini çayda boğulub.

XəzərXəbər xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1997-ci il təvəllüdlü Məzahim Qabil oğlu Məmmədov ərazidən keçən Akkuşa çayında çimərkən suda boğulub. Hadisə yerinə FHN-nin dalğıc-xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti