Xəzər Xəbər

Bakıda piyadaların təhlükəsizliyi üçün yenilik - VİDEO

Veb TV | 20:17 • 26 İyul 2018
Bakıda piyadaların təhlükəsizliyi üçün yenilik -

Paytaxtda piyadaların təhlükəsizliyini artırmaq üçün daha bir mühim addım atılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən səkilərin kənarında qoruyucu dirəklərin (tumbaların) quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirir ki, təhlükəsizlik tumbaları dünyada tətbiq olunan təcrübədir və getdikcə bütün Bakını əhatə edəcək.

Agentliyin rəsmisi onu da bildirir ki, tumbaların daha bir üstünlüyü parklanma qaydalarının pozulmasının qarşısını almasıdır.

Qeyd edək ki, paytaxtda quraşdırılan təhlükəsizlik dirəkləri test edilərək alınıb. Onun asfalta bərkitmə mexanizmi, eləcə də xüsusi metallardan ibarət ağırlığı avtomobillərin onu dağıdıb keçməsinə imkan vermir. Beləliklə, qəza hallarında təhlükəsizlik təmin edilmiş olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti