Xəzər Xəbər

Kamerun hərbçiləri iki qadını uşaqları ilə birlikdə edam etdi VİDEO (18+)

Veb TV | 12:10 • 12 İyul 2018
Kamerun hərbçiləri iki qadını uşaqları ilə birlikdə edam etdi

Həssas və ürəyi zəif insanlar videoya baxmasın!

Kamerun hökuməti hərbçi geyimində olan əsgərlərin iki qadın və onların uşaqlarını edam etdiyi barədə video ilə əlaqədar istintaqa başlayıb.

africanews-in verdiyi məlumata görə, kadrlar sosial şəbəkələrdə virus kimi yayılmışdı və böyük reaksiyaya səbəb olmuşdu.

Videoda görünür ki, Kamerun ordusunun hərbi geyimində olan şəxslər iki qadını uşaqları ilə birlikdə döyə-döyə gətirir. Kadrlarda əsgərlərdən birinin qadınlara «siz indi öləcəksiniz» dediyi eşidilir. Videonun müəllifi isə qadınların «Boko Haram» terror təşkilatına qarşı hazırlanan əməliyyat zamanı ələ keçdikləri vurğulanır.

Dəhşətli görüntülərdə soyuqqanlı əsgərlərin gözübağlı qadınlara və onların uşaqlarına iri çaplı pulemyot güllələri ilə 20-dən artıq atəş açdığı görünür.

AFP öz növbəsində öz mənbələrinə istinadla bildirir ki, video Kameronun şimalında Far North regionunda çəkilib.

Xəbərdarlıq: Həssas və ürəyi zəif insanlar videoya baxmasın!

Xəbər lenti