Xəzər Xəbər

Möhtəşəm geri dönüş: FİNALIN ADI MƏLUM OLDU - VİDEO

Veb TV | 10:27 • 12 İyul 2018
Möhtəşəm geri dönüş:

Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

XəzərXəbər xəbər verir ki, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda bir qol vuran xorvatlar tarixində ilk dəfə finala yüksəlib.

Qeyd edək ki, Xorvatiya finalda Fransa ilə qarşılacaq. Oyun iyulun 15-də keçiriləcək

DÇ-2018

Yarımfinal

11 iyul

Xorvatiya - İngiltərə - 2:1

Qollar: Perişiç, 68, Mandjukiç, 109 - Trippyer, 5

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Moskva. "Lujniki”

Xəbər lenti