Xəzər Xəbər

Tikintiyə nəzarət elektronlaşdırılır VİDEO

Veb TV | 20:54 • 11 İyul 2018
Tikintiyə nəzarət elektronlaşdırılır

Tikintiyə nəzarət elektron qaydada həyata keçiriləcək. Bununla da tikintidə müqaviləsiz işə cəlbetmə halları azalacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı yeniplan hazırlayıb. Bu barədə məlumat verən nazir Sahil Babayev özəl pensiya fondlarının yaradılması məsələsinə də aydınlıq gətirib.

Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi tikintidə müqaviləsiz işə cəlbetmə hallarının qarşısını alacaq. Bu məqsədlə nazirlik yeni tədbirlər planı hazırlayıb. Plana əsasən, tikinti aparılan ərazilərə nəzarət kameraları quraşdırılacaq və oradakı vəziyyətə subyektiv amil olmadan nəzarət ediləcək. Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında belə deyib.

Jurnalistlərin suallarını cavablayan nazir azərbaycanda özəl pensiya fondlarının yaradılıb-yaradılmaması məsələsinə də aydınlıq gətirib. O bildirib ki, dövlət özəl pensiya fondlarının yaradılmasını dəstəkləyir...

Nazir ölkədə özəl pensiya fondlarının yaradılması üçün özəl sektordan təkliflər gözlənildiklərini də deyib.

Xəbər lenti