Xəzər Xəbər

Sosial şəbəkə istifadəçilərinin fikri birmənalıdır VİDEO

Veb TV | 20:50 • 11 İyul 2018
Sosial şəbəkə istifadəçilərinin fikri birmənalıdır

Gəncədə baş verənlərə və polislərin qətlinə sosial şəbəkə istifadəçilərinin də münasibəti birmənalı olub. Hər kəs polisi qətlə yetirənləri millətin düşməni adlandırıb. Sosial şəbəkə istifadəçiləri şəriət ölkəsi istəmədiklərini deyərək insanları bu cür addımlara qarşı çıxmağa çağırıblar.

Mən şəriət ölkəsi istəmirəm. Azərbaycan polisini qətlə yetirənlər bu millətin düşmənidir.

Bu fikirlər Ötən gün Gəncədə baş verən hadisələr və polis zabitlərinin öldürülməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan statuslardan yalnız bir neçəsidir...

Sosial şəbəkə istifadəşilərnin də fikri birmənalı olub. Kimliyindən, yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs Gəncədə bir qrup radikal ünsürün asayişi pozmaq cəhdini pisləyib.

Qeyd edilib ki, hər kim olur olsun ölkənin polisini öldürürsə, bu bir cinayətdir. Silahla etiraz etmək də cinayət hadisəsidir. Sitat: "Bu cinayətin qarşısını alan polisə dərin minnətdarlıq düşür. Bəli, dəqiq ifadədir: öldürülən yüksək rütbəli polislər şəhiddir. Məntiqlə öldürən kim olur? Bəli, düşmən. Öz vətənində düşmən kimi davrannmaq cahillikdən doğan aqressiyanın təzahürüdür. Belə münasibətə lənət olsun"

"Allah rəhmət eləsin. Biz özümüz-özümüzü öldürməyək. Bizim düşmənimiz var. İşğal altında torpağımız var. Bir olub düşməni öldürmək lazımdır". Bu da sosial şəbəkə istifadəçilərindən daha birinin paylaşdığı statusdur.

Sosial şəbəkənin səhifələrini bu gün belə statular və Şəhid polislərin şəkilləri bəzəyib. İstifadəçilər Gəncədə törədilən təxribatı və polislərin qətlini şiddətlə qınayaraq hər kəsi bu cür addımlara qarşı çıxmağa çağırıblar.

Xəbər lenti