Xəzər Xəbər

Ölkəyə saxta dərman gətirilməsinə qarşı yeni sistem yaradılır VİDEO

Veb TV | 20:58 • 14 İyun 2018
Ölkəyə saxta dərman gətirilməsinə qarşı yeni sistem yaradılır

İcbari Tibbi Sığorta bütün ölkə üzrə tətbiq ediləcək. Lakin onun mərhələli şəkildə, yaxud birdəfəlik tətbiq olunması hələlik dəqiqləşməyib. Bunu baş nazirin müavini Əli Əhmədov deyib. O, ölkəyə saxta dərman vasitələrinin gətirilməsinin qarşısını almaq üçün qurulan sistemdən də danışıb.

Ölkəyə saxta dərman vasitələrinin gətirilməsinin qarşısını almaq üçün işçi qrupu yaradılıb. Bu barədə baş nazirin müavini əli əhmədov məlumat verib. O deyib ki, Nazirlər Kabinetində onun təşəbbüsü və rəhbərliyi ilə toplantı keçirilib. Toplantıda digər aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər. Ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün ciddi araşdırmalar aparılıb.

İşçi Qrupu artıq fəaliyyətə başlayıb və saxta dərmanların ölkəyə gətirilməsinin qarşısını almaq üçün təhlillər aparılır.

Baş nazirin müavini İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi məsələsinə də münasibət bildirib və deyib ki, Yevlax, Mingəçevir və Ağsunun timsalında bu sistemin uğurlu olması qənaətinə gəlinib. Yaxın illərdə isə bu sistem bütün ölkə miqyasında həyata keçiriləcək. Əli Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır. Payızda Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar və qanunlara dəyişikliklər təklifi təqdim ediləcək.

Əli Əhmədov icbari tibbi sığortanın pilot olaraq tətbiq olunduğu rayonlarda müsbət nəticələrin əldə edildiyini vurğulayıb...

Xəbər lenti