Xəzər Xəbər

Təyyarə 40 ton suyu meşəyə deyil, polislərin üstünə tökdü VİDEO

Veb TV | 10:59 • 14 İyun 2018
Təyyarə 40 ton suyu meşəyə deyil, polislərin üstünə tökdü

Rusiya FHN-nin təyyarəsi Moskva yaxınlığında təlim zamanı 40 tona yaxın suyu Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə töküb.

İzvestiya-nın verdiyi məlumata görə, təyyarənin suyu meşə massivinə atacağı düşünülürdü, lakin güclü su axını yola tökülərək Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarını isladıb.

Qeyd edək ki, xilasedicilər aviasiyanın meşə yanğını ilə mübarizəsini nümayiş edirdilər.

Hüquqmühafizəçilərin özləri hadisəyə yumorla yanaşıblar. Kadrlarda onların gülüş səsləri eşidilir./faktxəbər

Xəbər lenti