Xəzər Xəbər

Bütün Amerika göydələni fəth etmək istəyən bu yenotu izləyir VİDEO

Veb TV | 11:49 • 13 İyun 2018
Bütün Amerika göydələni fəth etmək istəyən bu yenotu izləyir

Amerikanın Minnesota ştatının Sen-Pol şəhərində yenot divarla üzü yuxarı hərəkət edərək göydələnin 23-cü mərtəbəsinə qədər çıxıb. Yüksək mərtəbəli binaya "hörümçək adam" kimi dırmaşan heyvanın taleyi ölkənin bütün sakinlərinin diqqətini çəkib.

The Washington Post-un verdiyi məlumata görə, yenot əvvəlcə divarla bir neçə mərtəbə qalxıb, sonra daha bir neçə mərtəbə dırmaşaraq bir pəncərənin qarşısında yerini rahatlayıb. Günortadan sonra heyvan artıq 23-cü mərtəbədə dincəlirdi.

Tezliklə yenot Amerikada "1 nömrəli nyusmeyker" (haqqında çox danışılan, adı mətbuatın ilk səhifələrində gedən – red.) olur. CBS telekanalı hətta hadisə yenrindən canlı yayım başladıb. Sakinlər heyvanı öz smartfonlarına çəkiblər.

Hadisə sosial şəbəkə istifadəçilərinin də dəiqqətini çəkib. Məlum olub ki, binada pəncərələr açılmır, bu səbəbdən xilasetmə işləri damdan aparılacaq./faktxəbər

Xəbər lenti