Xəzər Xəbər

Azərbaycanlı icra başçısı bu cücələrə görə saxlanıldı VİDEO

Veb TV | 11:46 • 13 İyun 2018
Azərbaycanlı icra başçısı bu cücələrə görə saxlanıldı

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Timur Abazovun saxlanıldığı barədə xəbər yayıb.

Ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.


Abazov bir neçə gün öncə cücələrlə bağlı baş verən hadisələrə görə prokurorluğa çağrılıb.

Xatırladaq ki, Gürcüstanın Marneuli şəhərində quş fabrikinin zibilxanaya atdığı yüzlərlə yumurtadan cücələr çıxmışdı. Şəhər meri Timur Abazov hadisənin qeyri-adi olduğunu bildirib və əlavə edib ki, cücələr zibilxanadan şəhərin mərkəzinə qədər gəldiyini demişdi.

Mer quş fabrikinin işçilərinin yumurtaların xarab olduğunu düşündükləri üçün zibilxanaya atdıqlarını ehtimal edib./faktxəbər

Xəbər lenti