Xəzər Xəbər

Tarixi layihə istifadəyə verildi VİDEO

Veb TV | 21:05 • 12 İyun 2018
Tarixi layihə istifadəyə verildi

Bu gün Azərbaycan və Türkiyə birlikdə daha bir tarix uğura imza atıblar. Yüz ilin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən olan TANAP da istifadəyə verilib. Türkiyənin Əskişəhər vilayətində keçirilən açılış mərasimində Azərbaycan və Türkiyə prezidentləri ilə yanaşı digər iştirakçı ölkələrin dövlət başçıları da iştirak edib.

Cəmi bir neçə il əvvəl xəyal kimi görünənən layihə reallığa çevrildi. Cənub Qaz Dəhliznin 3-cü mərhələsi olan TANAP layihəsi də istifadəyə verildi. Özü də nəzərdə tutulan vaxtdan əvvəl.

Təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Ukrayna prezidenti Pyotr Paraşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.

Heç şübhəsiz ki, layihənin reallaşmasında ən həlledici məqam Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradəsi və qətiyyəti idi. Bir çox dövlətlərin tərəddüt etdiyi məqamda iki qardaş ölkənin qətiyyəti avropanın enerji xəritəsini dəyişdi.

Preziden İlham Əliyev bildiridi ki, cənub qaz dəhlizi layihəsi əməkdaşlıq sülh və dostluq layihəsidir. Azərbaycan qazını avropaya çatdıran bu layihə bütün iştirakçı ölkələrə böyük fayda gətirəcək.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında layihənin həyata keçirilməsində Azərbaycan dövlətinin və onun prezidenti İlham Əliyevin liderliyini xüsusi vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Türkiyə birlikdə göstərdi ki, əslində enerji qaynaqları müharibə və qarşıdurma üçün yox əksinə əməkdaşlıq üçün bir zəmin yaradır.

Tədbirdə çıxış edən Ukrayna prezidenti Pyotr Paraşenko isə layihəyə açıq dəstəyini ifadə etməklə yanaşı ölkəsinin məhz Bolqarıstan və Rumuniya üzərindən TANAP-dan qaz əldə etmək istəyini rəsmən bəyan edib. Bu layihənin öz ölkəsinin enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Serbiya prezidenti Aleksandr Vuçiç isə TANAP-ı Avropanın enerji təhlükəsizliyini qarantiya altına alan layihə adlandırıb.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da TANAP-ın regionda istiqrarın möhkəmlənməsinə əvəzsiz bir tövhə olduğunu diqqətə çatdırıb.

Sonda həmin tarixi məqam yetişib və dövlət başçıları kəmərin açılışını bildirən vinti çevirərək TANAP-ın istifadəyə verilməsini rəsmiləşdiriblər.

Xəbər lenti