Xəzər Xəbər

59 yaşında kombayn sürən azərbaycanlı qadın VİDEO

Veb TV | 20:56 • 12 İyun 2018
59 yaşında kombayn sürən azərbaycanlı qadın

Bərdə rayonunda bir xanım var ki, o kişi işiniözünə peşə seçib. 59 yaşlıRadə Məmmədova kombayn idarə edərək zəmi biçir. Kombayn sürən qadınidarə etdiyi ağır texnikanın öhdəsindən rahatlıqla gəldiyini deyir.

Mexanizator peşəsi ilə əsasən kişilər məşğul olsalar da, Radə Məmmədova bu işi özünə peşə seçən azsaylı qadınlardır.

59 yaşlı Radə Məmmədova Bərdə rayonunda ilk mexanizator qadın kimi tanınır. O, yeniyetmə yaşlarından bu cür ağır texnikalara maraq saldığını deyir. Gənc yaşlarından ağır texnikanın bütün sirlərinə yiyələnən Radə Məmmədova kombaynla sahələrdə arpa biçir. O, indiki texnikaların rahat idarə olunduğunu bildirir.

Xanım mexanizator deyir ki, evdə qadın işləri görməyə vaxtı yoxdur. Çünki o, səhər evdən çıxır, axşam evə qayıdır.

Nəinki Bərdədə, bütövlükdə ölkədə "21 mexanizator qardaşın bir bacısı" kimi tanınan Radə xanım zəhmətsevərliyi ilə kolxozda hamının hörmətini qazanıb. Bu illər ərzində qabaqcıl mexanizator kimi "Əmək şöhrəti" ordeni, "Əmək qələbəsi" medalı, "Beşilliyin qalibi", "Qızıl əllər" döş nişanlarına layiq görülüb. Sevinc Qazıyeva adına, Özbəkistanda Tursunoy Axunova adına, Moskvada Paşa Angelina adına mükafatların qalibi olub. Əmək nailiyyətlərinə görə "Volqa" markalı avtomobillə mükafatlandırılıb. Rayon sovetinin deputatı seçilib.

Xəbər lenti