Xəzər Xəbər

Avtovağzalda nə baş verir? - Yeni nəqliyyat qovşağı salınır - VİDEO

Veb TV | 20:48 • 12 İyun 2018
Avtovağzalda nə baş verir? -

Bakı Beynəlxalq Avtovağzal Kompleksinnin ərazisində yeni nəqliyyat qovşağı tikilir. Bu qovşaqda nəqliyyat və piyada axınları bir-birindən ayrılacaq. Heç bir yerdə piyada zolağından istifadə edilməyəcək. Layihənin reallaşması ilə biləcəri dairəsindəki sıxlıq da azalacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində salınan nəqliyyat qovşağı yaxın vaxtlarda istifadəyə veriləcək.

Məqsəd kompleks ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin və sərnişinlərin təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Bu qovşaqda nəqliyyat və piyada axınları bir-birindən ayrılacaq.

Qovşaq ərazisində heç bir yerdə piyada zolağından istifadə edilməyəcək. Piyada axını ola biləcək yerlərdə avtobusların geriyə hərəkəti də ləğv olnacaq.

Qovaşağın istifadəyə verilməsindən sonra "Avtovağzaldan-Avtovağzala" layihəsinin də icrasına başlanılacaq. Bununla da paytaxtın müxtəlif ərazilərindən bölgələrə pərakəndə sərnişin daşınması hallarına qismən son qoyulacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin giriş və çıxış yerləri də ayrı olacaq. Həmçinin, Biləcəri dairəsində əmələ gələn sıxlıq azalacaq.

Qovşağın yay mövsümünün sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti