Xəzər Xəbər

Qaradağda dəhşətli qəza 1 ailənin 3 üzvü öldü - VİDEO

Veb TV | 20:28 • 12 İyun 2018
Qaradağda dəhşətli qəza

Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.


Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.


Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti