Xəzər Xəbər

Doğuş zamanı daha bir ana ölümü Siyəzəndə YAŞANDI - VİDEO

Veb TV | 20:22 • 12 İyun 2018
Doğuş zamanı daha bir ana ölümü

Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.

Faktla bağlı Siyəzən Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti