Xəzər Xəbər

İl-76 təyyarəsi 40 ton suyu polis əməkdaşlarının üstünə boşaltdı - VİDEO

Veb TV | 10:12 • 12 İyun 2018
İl-76 təyyarəsi 40 ton suyu polis əməkdaşlarının üstünə boşaltdı -

Ötən gün Moskva vilayətinin Noginsk rayonunda qəribə hadisə baş verib.

Virtualaz.org "RenTV”yə istinadən xəbər verir ki, təlim uçuşu zamanı İl-76 təyyarəsi 40 ton suyu yerə boşaldıb. Xilasedicilər bu uçuşla FHN aviasiyasının nəyə qadir olduğunu nümayiş etdirmək istəyiblər.

Lakin su, nəzərdə tutulduğu kimi, meşə ərazisinə deyil, birbaşa yolda növbə çəkən yol polisi əməkdaşlarının üstünə boşaldılıb.

Xəbər lenti