Xəzər Xəbər

"Kaspi" Liseyi vətənpərvərlik naminə daha bir layihəyə imza atdı! VİDEO

Veb TV | 20:54 • 17 May 2018
"Kaspi" Liseyi vətənpərvərlik naminə daha bir layihəyə imza atdı!

"Kaspi" təhsil şirkətinin nəzdində fəaliyyət göstərən '' Kaspi'' liseyinin şagirdlərinə növbəti dəfə "Milli Yaddaş" layihəsinin davamı olaraq, vikipediya təlimləri keçirilib. Təlimlərdə şagirdlər vikipediya-da bir neçə məqalə yerləşdiriblər. Təlimləri başa vuran şagirdlərə sonda sertifikatlar təqdim olunub.

"Kaspi" Liseyi vətənpərvərlik naminə daha bir layihəyə imza atdı!

Ölkənin tarixini, mədəniyyətini, mənəvi irsini yaşatmaq və yetişən nəsillərə ötürmək naminə təşkil olunan "Milli yaddaş" layihəsinin davamı olaraq liseyin şagirdlərinə növbəti Vikipediya təlimləri keçirilib. ''Kaspi'' Liseyi və Milli Elmlər Akademiyasnın Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ölkəmizlə bağlı müxtəlif məlumatların bu beynəlxalq onlayn ensiklopediyada yerləşdirilməsini təmin etməkdir.

Təlimlərdə ''Kaspi'' liseyinin şagirdləri ensiklopediyada necə məlumat dərc etməyin yollarını öyrəniblər.. Təlimdə iştirak edən şagirdlər qaydalara uyğun olaraq ilkin mərhələdə Azərbaycan dilində artıq 2-3 məqalə yerləşdiriblər.

Sonda təlimlərdə iştirak edən və qaydaları tam mənimsəyən şagirdlərə təlimi uğurla başa vurduqları üçün sertifikatlar təqdim olunub.

Xəbər lenti