Xəzər Xəbər

Tuneldən gələn səs Son anda ölümdən döndülər - VİDEO

Veb TV | 16:21 • 17 May 2018
Tuneldən gələn səs

Braziliyada iki velosipedçi möcüzə sayəsində tuneldə qatarın altında qalmaqdan xilas olublar.

Hadisənin görüntüləri hadisənin iştirakçılarından birinin – Jedson Gil Mirandanın feysbuk səhifəsində yerləşdirilib.

Görüntülər onun dəbilqəsində yerləşdirilən kamera ilə qeydə alınıb.

Kadrlarda görünür ki, o, başqa bir velosipedçi - Felipe Vieyrayla birlikdə boş tunelə daxil olur. Onlar gözlənilmədən fit səsi eşidirlər və parlaq işığı görürlər. Qorxmuş dostlar velosipedləri ataraq sürətlə tuneldən çıxırlar. Bir neçə saniyə sonra qatar onların yanından keçir./publika.az

Xəbər lenti