Xəzər Xəbər

Səməd Seyidov AŞPA-nın sanksiyaları barədə danışdı VİDEO

Veb TV | 20:54 • 16 May 2018
Səməd Seyidov AŞPA-nın sanksiyaları barədə danışdı

Avropa Şurası Parlament Assambleyasının prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların tətbiq edildiyi şəxslərdən biri də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur. Səməd Seyidov onun haqqında qəbul edilən ittihamları rədd edərək bu qərarı Azərbaycana qarşı həyata keçirilən qərəzli siyasətin davamı kimi qiymətləndirib.

AŞPA-nın Prosedur qaydaları, İmmunitetlər və İnstitusional məsələlər komitəsi Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da daxil olmaqla bir neçə şəxsə sanksiyalar tətbiq edib. Qərarda qeyd edilir ki, sanksiyalar tətbiq edilən şəxslər davranış qaydalarını pozaraq, işlərini dürüst şəkildə icra etmirlər.

Düşündürücü məqam ondan ibarətdir ki, sanksiyalar tətbiq edilən nümayəndələr azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən insanlardır. Səməd Seyidov qeyd edib ki, bu davranış aşpa-nın ermənistan-azərbaycan, dağlıq qarabağ münaqişəsində hansı mövqedə dayandığını bir daha sübut edir.

Səməd Seyidov araşdırma qurumunun ona ciddi təzyiq göstərdiyini bildirib.

Xəbər lenti