Xəzər Xəbər

Məktəb direktoru toyda döyülübmüş — Özü danışdı - VİDEO

Veb TV | 20:51 • 16 May 2018
Məktəb direktoru toyda döyülübmüş

Şamaxı rayonunun Çölbağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb.

Kənd sakini İntiqam Azayev həmyerlisi Müşfiq Mirzəyevi yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon mərkəzi xəstəxanasına müraciət edib.

Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktoru olan Müşfiq Mirzəyevbildirib ki, onun haqqında yalan məlumat yayılıb. Hadisə Ağsuda işlədiyiməktəbdə baş verməyib.

O, ötən gecə kənddəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalıb.

Faktla bağlı Şamaxı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti