Xəzər Xəbər

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb VİDEO

Veb TV | 13:52 • 16 May 2018
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yanıb

Cəlilabadda mikroavtobus yanıb. Hadisə Əliqasımlı kəndində baş verib. Mikroavtobusda 10-a yaxın fəhlə olub.

Biləsuvar rayonuna məxsus daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Xəbər lenti