Xəzər Xəbər

Hindistanda piyada keçidi çökdü 18 nəfər öldü - VİDEO

Veb TV | 13:37 • 16 May 2018
Hindistanda piyada keçidi çökdü

Hindistanın şimalında yerləşən Varanasi şəhərində piyada keçidinin çökməsi nəticəsində azı 18 nəfər həlak olub.

Dağıntılar arasından beş yaralı çıxarılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.

Baş nazir Narendra Modi Twitter sosial şəbəkəsində qəza ilə bağlı kədərini ifadə edərək yaralananlara şəfa diləyib.

Xəbər lenti