Xəzər Xəbər

19 yaşlı qızın üzündə bıçaq qaldı Şok kadrlar - VİDEO

Veb TV | 13:07 • 16 May 2018
19 yaşlı qızın üzündə bıçaq qaldı

Malayziyada 19 yaşlı qız axşam saatlarında işdən evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs qızın üzünə bıçaq zərbəsi endirib, bıçaq da qızın üzündə qalıb.

XəzərXəbər milli.az-a istinadən bildirir ki, olay Bukit-Tenqa şəhərində yaşanıb.

Dükanda satıcı işləyən qız qarət olunduğunu deyib. Onu təcili yardımla "Bukit Mertaham" hospitalına çatdırıblar.

Sağ gözünün altında, yanağında bıçaq olan qız dərhal əməliyyat olunub, bıçaq çıxarılıb.

 Polis olayla bağlı istintaqa başlayıb.

Xəbər lenti