Xəzər Xəbər

“Ekspo 2025”: Bakı növbəti mərhələyə adladı - VİDEO

Veb TV | 20:56 • 15 May 2018
“Ekspo 2025”:

Bakı şəhəri Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyi etmək şanslarını bir az da artırıb.Beynəlxalq Sərgilər Bürosunun icraiyyə komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatına əsasən paytaxtımızseçim turunda növbəti mərhələyə keçib. Noyabr ayında isə Parisdə sessiya keçiriləcək və üzv dövlətlər 2025-ci ildə ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhərin adını açıqlayacaqlar.

Bakı Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyi ilə bağlı seçim turunda növbəti mərhələyə keçdi.

Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsi 4 may tarixində keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş qiymətləndirmə missiyasının rəyi də daxil edilib.

İşçi Qrupu bəyan edib ki, Bakı şəhəri növəbti mərhələyə keçib və finala doğru irəliləyir. Cari ilin noyabr ayında Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyası təşkil ediləcək. Sessiya zamanı üzv dövlətlər 2025-ci ildə ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.

Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir ki, Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinəməntiqi və böyük dəstək olacaq. Sərgiyə ev sahibliyi edilməsinin inkişaf strategiyası ilə üst-üstə düşdüyü dəqeyd olunub. Qiymətləndirmə Missiyası "İnsan kapitalını inkişaf etdirək, Daha yaxşı gələcək quraq" mövzusunun əhəmiyyətini təqdirəlayiq hesab edib.

Maliyyə naziri və Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov bildirib ki, gələn ay Parisdə keçiriləcək sessiyada zamanı Bakı şəhərinin namizədliyi ilə bağlı planlar təqdim ediləcək. Bakı şəhərinin seçilərsə, Ekspo 2025 ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcək. Bu, regionda təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun ilk ümumdünya Ekspo sərgisi olacaq.

Xəbər lenti