Xəzər Xəbər

Bir gecədə doğuş zamanı 2 uşaq niyə öldü? Hadisənin səbəbləri araşdırılır - VİDEO

Veb TV | 20:51 • 15 May 2018
Bir gecədə doğuş zamanı 2 uşaq niyə öldü?

Sabirabadda bir gecədə yeni doğulan 2 körpə ölüb. Hadisə rayon mərkəzi xəstəxanasının doğum evində baş verib. Hər iki körpənin valideynləri uşaqların ölümündə həkimləri günahlandırır.

Yeni doğulan iki körpə qız və oğlan uşağı doğuşdan bir-neçə saat sonra ölüb.

Hadisə dünən gecə Sabirabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 22 yaşlı SaniyəƏhmədovanın gecə saatlarında doğulan körpəsi səhər saatlarında ölüb.

Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 23 yaşlı Rəvanə Yusifovanın dünyaya gətirdiyi qız körpəsi də ölüb.

Doğulan körpələrin hansı səbəbdən öldükləri hələlik məlum deyil.

Uşaqların valideyinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyitləri müayinə olunmaq üçün Sabirabad Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti