Xəzər Xəbər

Yevlax sakinindən 3 kq-dan çox narkotik götürüldü VİDEO

Veb TV | 20:47 • 16 Aprel 2018
Yevlax sakinindən 3 kq-dan çox narkotik götürüldü

Yevlax sakinindən külli miqdarda narkotik götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibindən 11,55 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun evinə baxış keçirilən zaman çəkisi 3 kiloqram 118 qram marixuana aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər lenti