Xəzər Xəbər

Yabanı bitkilərə qarşı dərman səpini apardılar - Nəticə gözləniləndən fərqli oldu - VİDEO

Veb TV | 20:46 • 16 Aprel 2018
Yabanı bitkilərə qarşı dərman səpini apardılar -

Xaçmaz sakinləri əkin sahəsində yabanı bitkilərə qarşı dərman səpini aparıblar ki, taxıl yaxşı inkişaf etsin. Ancaq nəticə gözləniləndən fərqli olub. Taxıl bitkiləri saralıb və kökündən qurumağa başlayıb. Dərman satışını həyata keçirən xaçmaz regional aqrolizinq asc-nin məsələyə münasibəti necə olub?

Xaçmaz rayonunun Əbilyataq kənd sakini Ehtibar Əbdürəhmanov taxıl sahəsində yabanı bitkilərə qarşı istifadə etdiyi dərman əkinə təsir edib.

Kənd sakini deyir ki, bir neçə nəfər bigə 8 hektar ərazidə taxıl əkiblər. Sonuncu dəfə Rayonun Regional Aqrolizinq ASC-də Kənd Təsərrüfatı üçün lizing yolu ilə satılan, suda həll olunan dərman alıblar və taxıl sahələrində yabanı bitkilərə qarşı istifadə ediblər. Nəticədə yabanı bitkilər yox, taxıl saralıb və quruyub.

Kəndlilər deyir ki, dərman qabının üzərində necə yazılıbsa o şərtlərə də əməl olunub. Lakin dərman əks təsir göstərib.

Bu məsələ ilə bağlı Xaçmaz Regional Aqrolizinq ASC-nin direktoru Rafiq Tağıyev "XəzərXəbər”ə bildirdi ki, araşdırma nəticəsində məlum oldu ki, vətəndaş Ehtibar Əbdürəhmanov taxıl üçün yox, bağ üçün olan herbisit dərmanını əkin sahəsinə səpib. Buna görə də taxıl sahəsi ziyan görüb. O dərman meyvə ağaclarınıını diblərinə səpilir ki, oradakı yabanı bitkilər məhv olsun. Bu pereparatı əkin sahəsində istifadə etmək olmaz. Ehtibar Əbdürəhmanov deyir ki, 30 ildən çoxdur ki, əkinlə məşğul olur və ilk dəfədir ki, belə hadisə ilə üzləşir.



Xəbər lenti