Xəzər Xəbər

3 qadın təyyarəni bir-birinə qatdı VİDEO

Veb TV | 17:19 • 16 Aprel 2018
3 qadın təyyarəni bir-birinə qatdı

İngiltərədən İspaniyaya yola düşən təyyarədə 3 qadın arasında başlayan dava hər kəsi bir-birinə qatıb.

İngiltərənin paytaxtı Londondan İspaniyanın Tenerife şəhərinə gedən "easyjet" təyyarəsində üç qadın sərnişin kəskin söyüşlərlə bir-birini təhqir edib. Bir-birinin saçından yapışıb əlbəyaxa dava edən qadınlar sərnişinləri də narahat edib.

Məlum olub ki, həmin qadınlar gecə klublarında rəqqasə kimi çalışırlar. Sakit şəkildə təyyarəyə minən qadınlar alkoqolun təsirindən bir anda çılğınlıq etməyə başlayıblar.

Mübahisəni dayandırmağa çalışan təyyarə işçilərini də təhqir edən qadınların görüntüləri sosial şəbəkələrə yüklənib.

Təyyarə İspaniyanın Tenerifeye şəhərinə endikdən sonra qadınlar İspaniya polisinə təslim edilib./publika.az


Xəbər lenti