Xəzər Xəbər

Azərbaycanlı gənclər Acunun proqramında bütün Türkiyəni HEYRƏTƏ GƏTİRDİ İNANILMAZ ŞOU/VİDEO

Veb TV | 16:18 • 14 Mart 2018
Azərbaycanlı gənclər Acunun proqramında bütün Türkiyəni HEYRƏTƏ GƏTİRDİ

Türkiyənin "TV8” kanalında yayımlanan "Yetənək sizsiniz” yarışmasının yarımfinalında iştirak edən Həzrət və İbrahim adlı azərbaycanlı iştirakçılar münsifləri inanılmaz şousu ilə heyrətə salıb.

Azərbaycanlı gənclər "Yetənək sizsiniz” yarışmasının tarixində ilk dəfə kublarla illüziya şousu nümayiş etdirib. Hülva Avşar "Həyatımda gördüyüm ən maraqlı kub oyunudur" , - deyə bildirib.

Həzrət adlı iştirakçı Hülya Avşardan və Acun Ilıcalıdan kubları qarışdırmağı xahiş edib. Daha sonra isə onların gözünün içinə baxaraq tək əllə başqa bir kubu digərinə baxmadan eyni hala gətirib.

Həmyerlilərimiz növbəti mərhələyə keçmək üçün bütün münsiflərdən müsbət rəy və yüksək xal alıb./publika.az


Xəbər lenti