Xəzər Xəbər

“Ülke TV” prezident İlham Əliyevdən danışdı VİDEO

Veb TV | 20:52 • 14 Fevral 2018
“Ülke TV” prezident İlham Əliyevdən danışdı

Türkiyənin Ülke televiziyası prezident İlham Əliyevin 14 illik fəaliyyəti ilə bağlı xəbər hazırlayıb. Sujetdə dövlət başçısının iqtisadi, hərbi və siyasi sahədə azərbaycana qazandırdığı böyük üstünlüklərdən danışılıb. Süjetdə qeyd edilir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inam var.

Türkiyənin nüfuzlu xəbər kanallarından olan "Ülke TV" Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlayıb.

Süjetdə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında önəmli fikirlər səsləndirdiyi bildirilir. 2003-cü ildə Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəyi ilə Prezident seçilən İlham Əliyevin gördüyü işlərin hər zaman diqqəti cəlb etdiyi vurğulanıb

Qeyd edilib ki,ötən 14 il ərzində Azərbaycan iqtisadi və siyasi sahələrdə böyük inkişafa nail olub. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqeyi ilə bir sıra uğurlar əldə edib.

Süjetdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafına böyük önəm verir. On dörd il ərzində Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, işsizliyin səviyyəsi 5 faizə düşüb. Azərbaycanın valyuta ehtiyatları 23 dəfə artıb. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə yanaşı, ordusu da güclənib. Müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu bir gecədə 2 min hektar ərazini Ermənistanın işğalından azad edib.

Süjetin sonunda qeyd edilir ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin qələbə qazanacağına böyük inam var.

Xəbər lenti