Xəzər Xəbər

Milan məhkəməsinin qərarı ədalətli idi VİDEO

Veb TV | 20:54 • 14 Fevral 2018
Milan məhkəməsinin qərarı ədalətli idi

Ekspertlər də hesab edir ki, Azərbaycanın müstəqil siaysətini həzm edə bilməyən xarici dairələrin bu nə ilk, nə də sonuncu belə böhtan kampaniyasıdır. Ona görə də onlara qarşı da hücum dilomatiyasına keçmək lazımdır. Volontenin bəraət alması həm xaricdəki anti Azərbaycan qüvvələrə həm də onların maliyyələşdiridiyi daxildəki, beşinci kalona dərs olmalıdır.

Azərbaycanın güclənməsini, müstəqilm siyastəini qısqanan dairələrin son həmləsinin iflasa uğraması bizi arxayınlaşdırmamlıdır. Millət vəkili Elman Nəsirov deyir ki, onlar görürülər ki Azərbaycan daha da güclənir və yeni təyziq vasitələri axtarmaqla öz yollarından əl çəkməyəcəklər.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, Volonte işi beynəlxalq anti-Azərbaycan qüvvələrlə yanaşı, beynəlxalq qurumların əlində alətə çevrilən milli satqınlar üçün də bir dərs oldu. Çünki Luka Volonte ilə bağlı araşdırmalar başlayanda xəyanətkar qüvvələr bunu əllərində bayrağa çevrilmişdi.

Elman Nəsirov vurğulayıb ki, məsələ ilə bağlı hüquqi tədbirlər görülməsi qərarı yerində atılmış bir addımdır. Volontenin bəraəti artıq bunun üçün əsaslı bir presidentdir. Bu istiqamətdə heç də yalnız dövlət səviyyəsində atılacaq addımları gözləmək lazım deyil. qeyri hökümət təşkilatları xaricdəki diasporumuz və Azərbaycana rəğbət bəsləyən xaricdəki dostlarımız da buna aktiv qoşulmalı belə anti Azərbaycan kampaniyalarına qarşı ciddi mübarizə aparmaq lazımdır.

Xəbər lenti