Xəzər Xəbər

Dubayda 1 milyon dollarlıq “gəlini” bölüşüb yedilər VİDEO

Veb TV | 15:33 • 14 Fevral 2018
Dubayda 1 milyon dollarlıq “gəlini” bölüşüb yedilər

Dubayda keçirilən "BRIDE Dubai 2018” sərgisinin iştirakçıları dizayner Debbi Vinqamın əl işi olan bir milyonluq tortun dadına baxıblar. Bu barədə Oddity Central məlumat verir.

180 santimetr hündürlüyə malik tort gəlinlik geyimində qadın formasında hazırlanmışdı. "Gəlin"i sərgi salonuna sağ- salamat gətirmək üçün 6 yükdaşıyan kişi əmək sərf edib.

Tortun hazırlanmasına 25 kiloqram şokolad sərf olunub. Gəlinlik paltarı isə 50 kiloluq qənnadı mastikasından hazırlanıb. Paltarın üzərinə 5 min xəmir çiçək və 10 min yeməli mirvari yapışdırılıb.

İşin maraqlı cəhəti budur ki, paltarın üzərində hər birinin dəyəri 200 min dollara bərabər olan 5 ədədə əsl mirvari gizlədilib.

Öz karyerası boyunca Vinqam müxtəlif qiymətli əşyalar hazırlamaqla ad çıxarıb.

O, 16 milyon dollar dəyərində ayaqqabıların, brilliantlarla bəzədilmiş 4,8 milyon dollarlıq geyimin və dünyanın ən bahalı 67 milyon dollarlıq tortunun hazırlanması ilə gündəmə gəlib. /Bizim Yol


Xəbər lenti