Xəzər Xəbər

Türkiyəni raket atəşinə tutan terrorçular belə məhv edildi - Öldürülənlərin sayı 1485-ə çatıb - VİDEO

Veb TV | 15:07 • 14 Fevral 2018
Türkiyəni raket atəşinə tutan terrorçular belə məhv edildi -

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 1485 terrorçunu zərərsizləşdirib.

Xezerxeber.az bildirir ki, bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Əməliyyatın 26-cı günündə Afrində 53 nöqtə terrorçulardan təmizlənib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xezerxeber.az Türkiyəni raket atəşinə tutan YPG/PKK terrorçularının məhv edilməsi görüntüsünü təqdim edir:


Xəbər lenti