Xəzər Xəbər

Ermənistan parlamentində biabırçılıq: zala kanalizasiya tullantısı gətirdilər - VİDEO

Veb TV | 20:44 • 13 Fevral 2018
Ermənistan parlamentində biabırçılıq:

Ermənsitanın paytaxtı İrəvanda şəhər şurasının iclası zamanı dava düşüb. Belə ki, paytaxtakı pis qoxudan şikayət edən sakinləri dəstəkləyən deputatlar və müxalif fraksiyanın nümayəndələri kanalizasiya suyu ilə meriya binasına hücum çəkiblər. Nəticədə hakim respublikaçılar partiyasından olan deputatlar və şəhər merinin əməkdaşları ilə şikayətçilər arasında qarşıdurma baş verib.

Meriya binasına kanalizasiya suyu ilə doldurulmuş bankalarla hücum edilib.

Şəhərdəki pis qoxudan şikayət edən sakinləri müdafiə edən müxalifət fraksiyanın nümayəndələri bu bankaları merə təqdim etmək istəyərkən onların qarşısı alınıb. Qarşıdurma nəticəsində bankalarda olan kanalizasiya suyu iclas zalına dağılıb və üfunət iyi ətrafı bürüyüb.

Görüntülər Ermənistanın paytaxtı İrəvanda Şəhər Şurasının iclası zamanı lentə alınıb.

Paytaxtın Nubaraşen rayonunun sakinləri və "Yerkir Tsirani" müxalifət fraksiyasının nümayəndələri iclasa kanalizasiya suyu ilə dolu bankaları gətirərək şəhər meri Taron Marqaryana təqdim etmək istəyiblər.

Bu zaman hakim Respublikaçılar partiyasının deputatları və meriyanın əməkdaşları onların üzərinə hücum ediblər. Vəziyyət o yerə çatıb ki, hakim partiyadan olan kişi deputatlar və meriya işçiləri müxalif fraksiyadan olan qadınlara əl də qaldırıblar. Deputatlardan birinin aksiyada iştirak edən qadının başına zərbələr vurması da diqqətdən yayınmayıb. Bu görüntü erməni xislətinin əsl mahiyyətini bir daha göstərir.

Bəzi deputatlar isə zorakılıq anlarını lentə almasın deyə jurnalistlərin üzərinə hücum çəkiblər. Lakin qarşıdurma bununla da yekunlaşmayıb. Hakim partiyanın deputatları və meriya əməkdaşları müxalif fraksiyanın nümayəndələrini zor gücüylə sürüyərək iclas zalından çıxarıblar. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib. Qarşıdurma səbəbindən iclasda fasilə elan olunub.

Ermənistan hakimiyyətinin yarıtmaz siyasətinə qarşı cəmiyyətin bütün təbəqələrində etirazlar günü-gündən artmaqdadır. Sosial tələblərlə başlanan etiraz dalgaları son vaxtlar daha da intensivləşib. Sosial-iqtisadi durumun daha da gərginləşməsi sonda insanların ən müxtəlif formada hakimiyyət əleyhinə çıxişlarına səbəb olur. Şəhər Şurasının iclasında müxalifət təmsilçilərinin kanalzasiya suyunu dagıtmaları da əslində siyasi məna kəsb edir. Bu hadisə bir daha onu göstərir ki, Serj Sarkisyan və onun komandası dogrudan da çirkaba batıb.


Xəbər lenti