Xəzər Xəbər

Öz çayımız, öz dadımız: Çayçılıq keçmiş şöhrətinə qaytarılır - VİDEO

Veb TV | 20:50 • 13 Fevral 2018
Öz çayımız, öz dadımız:

Çayçılıq ölkəmizdə ən qədim aqrar sahələrdən biridir. Azərbaycanda sovet dövründə çay istehsalı 35 min hektara yaxın olub. Amma ötən əsrin 90-cı illərində torpaqların özəlləşdirilməsi ilə çayçılıq sahəsində gerilik yaranmağa başladı. Bu sahənin əvvəlki şöhrətini qaytarmaq üçün dövlət proqramı təsdiq edilib. Dövlət proqramında hansı məsələlər var?

Çayçılığın inişafına diqqət daha da artırılır. Çayın əvvəlki şöhrətini qaytarmaq üçün dövlət proqramı təsdiq edilib.

Dövlət proqramına əsasən çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırıması, emal sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulub.Bundan əlavə çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza təkmilləşdiriləcək, elmi təminat və kadr potensialı daha da gücləndiriləcək, istehsal və emal sahəsində innovativ texnologiyaların tətbiqi genişlənəcək.

Dövlət proqramının əsas hədəflərindən biri bu sahədə xırda və orta sahibkarların kooperasiya şəklində birləşməsini təmin etməkdir.İri kooperasiyaların yaradılması ilə istehsal indikindən dəfələrlə çox olacaq.

Çayçılıq rayonlarında sahələrin su təminatının yaxşılaşdırılması, eləcə də yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi əsas məsələlərdən biridir. Bu məqsədlə su təsərrüfatı obyektlərinin bərpası, yenidən qurulması və yeni su anbarlarının tikintisi gözlənilir. Belə ki, dövlət proqramına əsasən Viləşçay su anbarının 2-ci növbəsinin, Boladiçay, Viravulçay və digər su anbarlarinin tikintisi həyata keçiriləcək.


Xəbər lenti