Xəzər Xəbər

Bakıda təhlükəli avtobus VİDEO

Veb TV | 12:21 • 14 Yanvar 2018
Bakıda təhlükəli avtobus

Bayıl qəsəbəsi-Sədərək Ticarət Mərkəzinə hərəkət edən avtobuslardan biri qəza vəziyyətində olmasına baxmayaraq, hər gün yüzlərlə sərnişin daşıyır.

XəzərXəbər xəbər verir ki, 120 saylı marşrut xəttinə məxsus avtobusun bir hissəsi çöküb.

Sərnişinlər mindikdə isə sağ hissəsi az qala yerlə sürünür. Bu da hər an qəza ola biləcəyindən xəbər verir.

Sərnişinlər bildirirlər ki, bir neçə aydır sözügedən nəqliyyat bu vəziyyətdədir. Lakin alternativ olmadığı üçün həmin avtobusdan istifadə etməyə məcburdurlar.

Avtobusun görüntülərini təqdim edirik:


Xəbər lenti