Xəzər Xəbər

Onun bacarığı hər kəsi heyran edir - Məqsədi "Ginnesin Rekordlar Kitabı"na düşməkdir - VİDEO

Veb TV | 20:03 • 13 Yanvar 2018
Onun bacarığı hər kəsi heyran edir -

İsmayıllı rayon sakini bir necə saniyə ərzində istənilən sözü və cümləni, hətta şeir və qəzəlləri tərsinə çevirir.

Xezerxeber.az-ın məlumatına görə, Ziya Əlizadə qeyri-adi istedadı ilə hər kəsi heyran edir. O, istənilən sözü çətinlik çəkmədən səhvsiz tərsinə çevirir. Hətta xarici dildə olan söz və cümlələri belə tərsinə oxumaq onun üçün çətin deyil.

Ziyanın sözlərinə görə, o, bu istedadını 5 yaşında olarkən aşkar edib. İlk olaraq danışdığı sözləri tərsinə danışmağa başlayıb. İllər ötdükcə Ziya öz üzərində ardıcıl olaraq yeniliklər etməyə çalışıb.

İndi məqsədi "Ginnesin Rekordlar Kitabı"na düşməkdir. Bu məqsədlə də bir neçə dildə sözlərin tərsinə çevirilməsi ilə məşğuldur. Onu da bildirək ki, Ziya xarici dildə çevirdiyi sözlərin mənasını bilməsə də, çox asanlıqla işin öhdəsindən gələ bilir. Bunu müəllimləri də təsdiqləyir.

Dostları da Ziyanın bu istedadından faydalanıb, öz aralarında sözləri tərsinə çevirib danışılar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrafl videomaterialı təqdim edir:


Xəbər lenti