Xəzər Xəbər

Qəza törədən avtobusun sürücüsü hadisə yerindən qaçdı - yaralılar var - VİDEO

Veb TV | 20:35 • 12 Yanvar 2018
Qəza törədən avtobusun sürücüsü hadisə yerindən qaçdı -

Lənkəranda sərnişin dolu mikroavtobus qəzaya düşüb.

Xezerxeber.az-ın məlumatına görə, yol qəza hadisəsi saat 12 radələrində Ələt-Astara magistralının Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan rayon sakini Ehtiram Qənbərova məxsus sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Hadisə zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xstəxanasına yerləşdirilib. Minik maşınının sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti