Xəzər Xəbər

Yol təsərrüfatına ziyan vuranlar pulu ödəmirlər - 521 min manatlıq zərər - VİDEO

Veb TV | 20:42 • 12 Yanvar 2018
Yol təsərrüfatına ziyan vuranlar pulu ödəmirlər -

Qəzalar zamanı avtomobillərlə yanaşı yol təsərrüfatına da xeyli ziyan dəyir.

Xezerxeber.az-ın məlumatına görə, ötən il ölkə ərazisində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 396 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə dövlət hesabına quraşdırılmış 6 min 538 paqonmetr əyrixətli tirlər, 18 ədəd işıq dirəyi və 13 ədəd yol nişanı yararsız hala düşüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu hadislər zamanı dövlət büdcəsinə yarım milyon manatdan çox ziyan dəyib.

Əksər hallarda isə təqsirkar sürücülər ziyanı ödəməkdən boyun qaçırırlar.

Araşdırma zamanı məlum olur ki, onların da böyük əksəriyyətinin icbari sığortası yoxdur.

Yol təsərrüfatına ziyan vurub qaçan sürücülərin əksəriyəti qəzaları gecə törədiblər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, Dövlət Agentliyinin müraciəti əsəsında yol təsərrüfatına ziyan dəyən ərazilərdəki təhlükəsiz şəhər kameralarına baxış keçirilir. Həmin sürücülər müəyyənləşən kimi onlar da məsuliyyətə cəlb edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti