Xəzər Xəbər

Salyanda dəhşət: Ər öz arvadını və 4 qızını öldürüb zirzəmidə basdırdı - VİDEO

Veb TV | 20:51 • 7 Dekabr 2017
Salyanda dəhşət:

Dəhşətli bir cinayətin üstü açılıb. 3 il əvvəl Salyanda itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub. Məsələnin tükürpərdici tərəfi isə odur ki, onları elə ailənin başçısı və oğlu qətlə yetirib və həyətdə basdırıb. Cinayətkarların ifşa olunmasında isə Xəzər TV-də yayımlanan "Səni Axtarıram" verilişinin xüsusi rolu olub. Məhz bu verilişdə hadisə ictimailəşdirildikdən sonra cinayətkarlar törətdikləri əməli etiraf ediblər. Bütün bunlar necə baş verib?

Bu görüntülərdən sonra dəhşətli bir cinayətin üstü açılıb. Salyanda 3 il əvvəl itkin düşdüyü bildirilən ana və 4 qızının əslində elə uşaqların atası və qardaşı tərəfindən qətlə yetirildikləri məlum olub.

Cinayətkarlar, bacısı və onun 4 qızını axtaran Dürdanə Hüseynovanın kanalımızda yayımlanan "Səni Axtarıram" verilişinə müraciət etməsindən sonra ifşa edilib.. Məlum olub ki, 63 yaşlı Fərhad Əliyev arvadını və 4 qızını boğazlarını kəsərək öldürüb. İlkin məlumatlara əsasən, 56 yaşlı Mehparə Əliyeva və qızları - 19 yaşlı Rəqibə, 26 yaşlı Ümidə, 30 yaşlı Sevda və 32 yaşlı İradəni ataları Fərhad Əliyev və oğlu 28 yaşlı Fəqan Əliyev öldürdükdən sonra yaşadıqları evin həyətində basdırıb.

Məsələnin ortaya çıxmasında rolu olan " Səni Axtarıram " verilişinin müəllifi və aparıcsı Xoşqədəm Hidayətqızının sözlərinə görə, bütün məsələ dünənki efirdən sonra ortaya çıxıb. Verilişdə Mehparə xanım və qızlarının Türkiyədə olma ehtimalı müzakirə edilib. Elə bu vaxt Fəqan Əliyev televiziyamıza zəng vurub.

Hadisə yerində olan çəkiliş qrupumuza qonşuları deyiblər ki, ana və qızları sakit və mehriban insanlar olsalar da, ailənin başçısı və oğlu içki aludəçisi olub.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb.

Qeyd edək ki, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Mehbarə Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.


Xəbər lenti