Xəzər Xəbər

Sosial sığınacaqlara müraciət edənlərin sayı artıb VİDEO

Veb TV | 20:45 • 7 Dekabr 2017
Sosial sığınacaqlara müraciət edənlərin sayı artıb

Bakıda yeni istifadəyə verilən sosial sığınacaqlar bir müddətdir ki, ehtiyacı olan insanları qəbul etməyə başlayıb. Artıq küçədə yaşıyan və getməyə yeri olmayan 5 şəxs sosial sığınacaqda məskunlaşıb. Uşaqlar üçün olan sosial sığınacağın isə hazırda 4 sakini var. Burada məskunlaşanların sənədlərinin düzəldilməsi və onların aidiyyatı üzrə digər müəssələrə yöndəldirilməsi isə sığınacaqın əməkdaşları tərəfindən həyata keçirilir.

Havanın belə soyuq günlərində küçədə qalmağa məcbur olan şəxslər artıq yeni istifadəyə verilən sığınacaqlarda məskunlaşıblar.

Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin nəzdində olan və Sabuçu rayonu Zabrat qəsəbəsində yerləşən 18 yaşından kiçik və böyük şəxslər üçün olan 2 sosial sığınıacağa müraciət edənlərin sayı artır. Burada məskunlaşanlara heç bir ödəniş olmadan geyim və gündə 3 dəfə yemək verilir, asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaradılır.

Hazırda böyüklər üçün olan sığınacaqda 5 nəfər məskunlaşıb. Onlara hüquqi yardım da göstərilir. 2 nəfər isə növbəti ildən pensiya da ala biəlcək.

Uşaqlar üçün olan sığınacağın isə küçəyə atılan, qalmağa yeri olmayan 3 az yaşlı, 1 orta yaşlı sakini var.

Hazırda uşaqların təhsil alması üçün Təhsil Nazirliyi ilə danışıqlar aparılır və sığınacağın tərkibində müəyyən fənlər, kurslar tədris edilir.

Xəbər lenti