Xəzər Xəbər

Rusiyada azərbaycanlı qətlə yetirildi VİDEO

Veb TV | 12:18 • 14 Noyabr 2017
Rusiyada azərbaycanlı qətlə yetirildi

Rusiyanın Naro-Fominsk şəhərində Azərbaycan əsilli orta yaşlı şəxs qətlə yetirilib.

XəzərXəbər xəbər verir ki, öldürülən şəxsin Kalujski vilayətində yaşayan 36 yaşlı X.Nərimanov olduğu müəyyən edilib.

Noyabrın 13-ü günorta saatlarında "Porsche" markalı avtomobilin sürücüsü yaralını xəstəxanaya gətirərək oradan uzaqlaşıb.

Əvvəlcə kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilsə də, sonradan həkimlər onun bədənində bıçaq yaraları aşkar ediblər.

"Növbətçi hissəyə xəstəxanadan tibb müəssisəsinə kəsilmiş-deşilmiş yaralar alan 81 yaşlı kişinin gətirildiyi məlumat verilib. Faktla bağlı araşdırma aparılır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

Hazırda istintaq qrupu sürücü və hadisədə əli olan digər mümkün şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirir. (Report)

Xəbər lenti